Medistyle Hospitalın Endokrinologiya bölməsində bütün endokrin patologiyaların və metabolizmlə bağlı xəstəliklərin müasir metodlarla diaqnostikası və müalicəsi aparılır.
İxtisaslı Endokrinoloqlarımız tərəfindən endokrin orqanların quruluşu, funksiyası, endokrin patologiyalarının müayinə və müalicəsi, həmçinin profilaktikası ən son metodlarla həyata keçirilməkdədir.
Endokrinologiya bölməsində eyni zamanda son standartlara cavab verən hormonal-laborator müayinələr həyata keçirilir.
Endokrin sistemi orqanlarında sintez olunan hormonlar orqanizmin demək olar ki, bütün həyatı vacib proseslərinə rəhbərlik edən bioloji aktiv maddələrdir.
Endokrinoloq, bütün sistemin işinə nəzarət edir, pozuntuları aşkar edir, hormonların istehsalı ilə əlaqəli patologiyaları müalicə edir və qarşısını alır. Həkim yalnız xəstəlikləri deyil, həmdə gələcəkdə onlardan yarana biləcək problemləri də müalicə edir, məsələn, hormonal tarazlığı düzəldir, normal maddələr mübadiləsini bərpa etmək üçün tədbirlər görür və cinsi disfunksiyanı aradan qaldırır.
Hətta ən kiçik xəstələrin belə köməyə ehtiyacı ola bilər, çünki Hormonal disbalans uşaqlarda da müşahidə olunur.
Endokrin xəstəliklərin müayinə və müalicəsi təcrübəli həkimlər tərəfindən müasir metod və klinik protokollar əsasında aparılır.