Plastik cərrahiyyə

Blog Image

Plastik-Estetik cərrahiyyənin məqsədi pasiyentin estetik istəklərini nəzərə alaraq, bədənin deformasiya və ya tənasübsüz olan hissəsini dəyişdirməkdir. Plastik cərrahiyyə insanın xarici görünüşündə olan anadangəlmə və ya sonradan qazanılmış uyğunsuzluqların (qüsurların), çapıqların, piqmentlərin aradan qaldırılması ilə bağlı aparılan cərrahiyyə əməliyyatıdır. Xaricdə təhsil almış yüksəkixtisaslı plastik cərrahlar tərəfindən bütün növ plastik, estetik və rekonstruktiv cərrahi əməliyyatlar icra edilir.

product Image

Estetik cərrahiyyə - Bel, yan, qarın, əl, boyun və digər hissələrdəki artıq piylərin götürülməsi, burundakı, üz sümüklərindəki, çənə sümüyündəki forma qüsurlarının aradan qaldırılması, məmə nisbətsizliklərinin (böyüklük-kiçiklik) aradan qaldırılması, dəri problemləri, qırışlar, istənməyən ləkə və tattoo izlərinin, üzdə yaşlanma, üz-boyun dərisinin və əzələlərinin sallanması, qırışma, alt-üst göz qapağında sallanmalar kimi yaşlanma əlamətlərinin aradan qaldırılması Estetik cərrahiyyə əməliyyatlarına aiddir.

Plastik cərrahiyyə bölməsində əməliyyatlar ən müasir anesteziya və yüksək səviyyədə təchiz edilmiş əməliyyatxanalarda peşəkar personalın iştiraki ilə tam təhlükəsiz şəkildə uğurla icra olunur.

Tale Qasımov

Dr

Tale Qasımov

Plastik-Estetik cərrah

İcra edilən Prosedur və Əməliyyatlar

  • Sinekomastiya
  • Bişektomiya
  • Liposaksiya
  • Mammoplastika
  • Blefaroplastika
  • Bədənşəkilləndirmə
  • Buxaq Liposaksiya
  • Bulxorn, Xeyloplastika
  • Abdominoplastika (qarıngərmə)
  • Endoskopik qaş qaldırma (alıngərmə)
  • Endoskopik temporallifting (badem göz)

Rekonstruktiv prosedurlar

  • Qurd ağız əməliyyatı
  • Çapıqların cərrahiyyəsi
  • Dovşan dodaq əməliyyatı
  • Yanıq kontrakturlarının düzəldilməsi
  • Döymələrin (tatuirovka) aradan götürülməsi

Süd vəzisi estetikası

  • Süd vəzilərinin kiçildilməsi
  • Süd vəzilərinin dikləşdirilməsi
  • Süd vəzilərinin böyüdülməsi (silikon ilə)
  • Süd vəzilərinin assimetriyasının düzəldilməsi
  • Ginekomastiya (kişilərdə süd vəzilərinin cərrahiyyəsi)