Urologiya və onun nəznində yerləşən Andrologiya bölməsində yüksək ixtisaslı uroloq-androloq həkimlərimizin təcrübəsi ilə birgə qısa müddətdə bütün uroloji (sidik-ifrazat sistemi xəstəlikləri) və androloji (kişilərdə cinsi sferanın pozğunluqları) xəstəlikləriniz öz həllini tapacaqdır.
Ölkədə ilk dəfə andrologiya dərsliyi bizim bölmənin mütəxəssisi Tibb elmləri doktoru, professor Dr. İlham Əhmədov tərəfindən yazılmış və tərtib olunmuşdur.
Medistyle Hospitalda zərbə-dalğa litotripsiyası, sidik yolları və böyrək daşlarının müalicəsi, lazer və pnevmatik ureterolitotripsiyası, böyrək daşlarının qapalı ureterolitotripsiyası, litoekstraksiyası, böyrək daşlarının ultrasəs litolapaksiyası, açıq sidik axarı və böyrək daşları əməliyyatları, laparoskopik böyrək daşları əməliyyatları, fibroureterorenoskopiya, perkutan nefrolitotomiya kimi əməliyyatlar həyata keçirilir.
Təcrübəli həkim uroloqlar tərəfindən bütün uroloji xəstəliklərin, o cümlədən sidik yolları, qasıq nahiyyəsi xəstəliklərinin, böyrək daşlarının lazer texnologiyası və cərrahi üsullarla müalicəsi aparılır.