Terapiya bölməsində bütün daxili orqanların xəstəliklərinin diaqnostikası və konservativ müalicəsi üzrə xidmətlər göstərilir.
Terapiya bölməmizdə texnologiyanın ən son avadanlıq və cihazlarından istifadə edilərək, daxili xəstəliklərin müalicəsini planlı və məqsədyönlü şəkildə həyata keçirilir. Bölmədə geniş spektrli laboratoriya mövcuddur, müayinələr son nəsil diaqnostik cihazlar vasitəsilə həyata keçirilir.
Hospitalımızın Terapiya bölməsində ümumi diaqnostik müayinələrin təyini, erkən mərhələdə xəstəliyin diaqnostikası və xəstələrin müvafiq mütəxəssislərə yönləndirilməsi, xroniki patologiyalarda xəstələrə nəzarət, cərrahi əməliyyata hazırlanan xəstələrdə operativ risk və onun dərəcəsinin təyin edilməsini gündəlik olaraq uğurla həyata keçirir.
Bölmədə Ambulator, Stasionar, İntensiv blok şöbələri mövcuddur.