İnvaziv Kardiologiya

Blog Image

İnvaziv kardiologiya müasir kardiologiyanın ən böyük nailiyyəti hesab olunur.

İnvaziv kardiologiya koronar angioqrafiya adlanan diaqnostika və stent qoyulması da daxil olmaqla geniş və əhəmiyyətli bir sahəni əhatə edir.

Koronar angioqrafiya bugün dünyada ən son istifadə olunan ürək damarlarının vəziyyətini göstərən müayinə sistemidir. Koronar angioqrafiyaya göstərişlər olmalıdır. Xəstə infarkt keçirmişsə və ya hərəkət əsnasında sinə nahiyəsində göynəmə, yanma, ağrı kimi stenakardiya adlandırılan şikayətlərlə həkimə müraciət ettiyi zaman koronar angioqrafiya ilə ürək damarlarının şəkilini çəkib, darlığın harada olduğu aşkara çıxarılır.

Gülanə Ağayeva

Dr

Gülanə Ağayeva

İnvaziv kardioloq

Samir Abbasov

Dr

Samir Abbasov

İcraçı direktor, İnvaziv kardioloq

Müalicə edilən xəstəliklər

  • Aritmiyalar
  • Revmatizm
  • Stenokardiya
  • Ürək qüsurları
  • Ürək çatışmazlığı
  • Ürəyin işemik xəstəlikləri
  • Bütün kardioloji xəstəliklər
  • Hipertoniya (arterial hipertenziya) və s.

İcra edilən prosedur və əməliyyatlar

  • Koronar angioqrafiya
  • Periferik angioqrafiya
  • Sağ və sol ürəyin kateterizasiyası
  • Ağciyər hipertenziyası üçün damar müqavimətinin ölçülməsi
  • Böyrək angioqrafiyası kimi diaqnostik prosedurlar
  • Kompleks perkutan koronar müdaxilələr
  • Karotid müdaxilələri
  • Böyrək stentləri
  • Hipertrofik obstruktiv kardiomiopatiyada spirtli septal ablaziya
  • Qulaqcıqların və mədəciklərin septal qüsurlarının perkutan yolla bağlanması
  • Rezistent hipertenziyada renal denervasiya
  • Riskli əməliyyat keçirən xəstələrdə TAVI (Transkateter aorto qapağı implantasiyası)